Samux rayon Kəsəmən kənd ümumi orta məktəbin direktoru Tahir Bağırov "Əməkdar müəllim" fəxri adına layiq görülüb
Ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il oktyabrın 3-də təhsil işçilərinə fəxri adların verilməsi və onların təltif edilmələri ilə bağlı imzaladığı sərəncama əsasən, Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Kəsəmən kənd ümumi orta məktəbin direktoru Tahir Bağırov “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
“Əməkdar müəllim” fəxri adına layiq görülmüş Tahir müəllim təəssüratlarını belə ifadə edib: “Mən illərlə rayonumuzun ucqar kənd məktəblərində müəllim işləmişəm, 1992-ci ildən Samux rayon Kəsəmən kənd ümumi orta məktəbinin direktoru vəzifəsində çalışıram. Bundan əvvəl 2012-ci ildə ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm. İndi isə müəllim üçün ən üstün fəxri ad olan “Əməkdar müəllim” adına layiq görülməyim mənim hədsiz sevincime sebeb olur. İllərdir şərəfli müəllim adını daşıyıb, rayon təhsilinin inkişafında gördüyüm işlərin təqdir olunması məni daha da ruhlandırır.”