Şriftin ölçüsü :

Saytın rəngi :

“İkinci Nəfəs” itgin düşmüş və şəhid olmüş şəxslərin ailələrinə sosial – psixoloji dəstək layihəsi çərçivəsində Samux rayonunda şəhid ailələri və yaxinlari ilə görüş keçirlimişdir

21 noyabr 2017 | 16:00

“Qadınların inkişafına və maarifləndirilməsinə dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dəstək Şurasının 2017 ci –il qrant müsabiqəsinin qalibi olmuş “İkinci Nəfəs” itgin düşmüş və şəhid olmüş şəxslərin ailələrinə sosial – psixoloji dəstək layihəsi çərçivəsində Samux rayonunda şəhid ailələri və yaxinlari ilə görüş keçirlimişdir. Təşkilatın rəhbəri Xəzanə Orucova qeyd etmişdir ki, layihə çərçivəsində görüş və təlimlərdə itgin düşmüş səxslərin yaxınları və həmçinin şəhid ailələri iştirak etmiş və onlarla söhbət aparılaraq bu layihənin layihənin əhəmiyyəti haqda müzakirələr aparılmışdır . Təlimlər psixoloq və ekspertlər tərəfindən aparılaraq onlara psixoloji dəstək göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Layihənin ekspert psixoloqu Aygün Həsənzadə qeyd etmişdir ki, layihənin əsas məqsədi vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş və şəhid olmuş şəxslərin ailələrinə unudulmadıqlarını xatırlatmaq, dövlətimizin bu sahədə apardığı siyasətə ictimai dəstək vermək və gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinə kömək etməkdir. Çalışdığımız qədər bu layihə ilə onların yanında olmaq istədik.

Şəhid anaları və həyat yoldaşları layihədə yaxından iştirak edərək, hər biri şəhid anasi və həyat yoldaşı adını daşımağın nə qədər şərəfli olduğunu bildirdilər. Həmin ailələr sonda öz təşəkkurunu bildirərək bu layihənin nə qədər onlarin həyatında müsbət dəyişklik yaratdiğıni qeyd etdilər. Sonda bu layihənin davamli və belə görüşlərin tez -tez keçirlməsini vacib olduğunu bildirildi.

Onu da qeyd edək ki, layihədə 60 –a yaxın şəhid və itgin ailəsindən olan qadın, ümumilikdı isə 200 nəfər iştirak etmişdir.

Keçidlər