Samux rayon İcra Hakimiyyəti başçısının Ziyadlı kəndində səyyari görüşü keçirilmişdir
10 iyul 2013 | 15:00
09 iyul 2013-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Ziyadlı kəndində kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən 4 təklif və rəy irəli sürüldü ki, bunlardan da 1 təklif yerindəcə həll edildi. Digər rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanlara yerindəcə müvafiq tapşırıqlar verildi.