Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində cənub bölgəsinə yollanıblar

13 noyabr 2017 | 16:00

Samux rayon ümumi təhsil məktəbləri üzrə 17 məktəbdən 40 nəfər şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkaran, Astara və Masallı rayonlarına ekskursiyaya yollanıblar.
4 gün davam edəcək tur-aksiya çərçivəsində məktəblilər ilk gün Lənkaran şəhəri Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, Qoşa Qala qapılarına, Həzi Aslanovun ev muzeyinə və s. yerlərə baxış keçirəcək.
Səfərin 2-ci günü Astara şəhərinə yollanan şagirdlər Gənclər Mərkəzi, “Yanar bulaq”, Bulvar və Astara çay fabriki ilə tanış olacaq.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının son günü isə Masallı şəhərinə yollanan şagirdlərimiz şəhərin Tarix-diyarşünaslıq müzeyi, Heydər Əliyev parkı, Bayraq Meydanı və Dövlət Rəmzləri muzeyi və bir çox görməli yerlərə səyahət edərək tanış olacaqlar.
Qeyd edək ki, tur-aksiyada iştirak edən məktəbliləri üç nəfər müəllim və bir nəfər Samux RTŞ-nin metədisti müşaiyət edir.

Keçidlər