Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatı Təhsil şöbəsi ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd edildi

27 oktyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə YAP Samux rayon təşkilatının akt zalında Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının tədbiri keçirildi. Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və YAP Samux rayon təşkilatı Qadınlar Şurasının Kəmalə Xəlilova iştirak edirdi. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatı Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Gülağa Hüseynov məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının keçdiyi yolu təhlil etsək, bu həqiqət özünü təsdiq etmiş olar ki, tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinlikdən qalib çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb. Bu günün uğurları gələcəyə böyük inamla irəliləməyə əsas verir.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək vurğuladı ki, regionun ən güclü partiyası olan YAP müasir həyatımızda gənclərimizin gələcəyə işıqlı ümidi, xalqımızın daha xoş güzaranının təminatçısıdır. Partiyanın sədri, ölkə Prezidenti İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev kimi gənclərimizə daim arxa və dayaq olmuş, onların vətənpərvər, dövlətlərinə sədaqətli olmaları üçün bir çox layihələr həyata keçirilmişdir. YAP yarandığı vaxtdan gənclərimizin ictimai siyasi proseslərdə fəal iştirak etməsində, onların geniş quruculuq işlərinə səfərbər olmasında mühüm rol oynamışdır.
Daha sonra çıxış edən YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs edərək qeyd etdi ki, YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının, o cümlədən qadınların həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur.
Tədbirdə iştirak edən fəal YAP üzvlərindən Rəna Əsgərova, Ceyhun Mürsəlzadə, Günel Əhmədova və Şəhla Məmmədhəsənova çıxış edərək partiyanın fəaliyyəti və cəmiyyətimizdəki rolu barədə ətraflı söhbət açdılar.
Tədbirin sonunda partiyanın 25 illiyi ilə əlaqədar rayonun ümumtəhsil məktəbləri arasında keçirilən şahmat və voleybol yarışlarında , inşa-yazı , bədii qiraət, əl işləri və rəsm müsabiqələrində qalib gəlmiş şagirdlərə fəxri fərman və qiymətli hədiyyələr verildi, bir qrup partiya üzvlərinə isə üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər