Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsi çərçivəsində konfrans təşkil olundu

31 oktyabr 2017 | 16:00

31 oktyabr 2017-ci il tarixdə Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının inzibati binasında “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsi çərçivəsində konfrans təşkil olundu. Konfransda çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Azərbaycançılıq məfkurəsi və gənclərimizin qarşısında duran vəzifələrdən danışdı . Konfransda çıxış edənlər Azərbaycan gəncliyi , ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və başqa sahələrdə olan inkişafdan danışdılar .Daha sonra gələn qonaqlar tərəfindən konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər