Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibəti ilə tədbir keçirildi.

02 noyabr 2017 | 16:00

YAP Samux Rayon Təşkilatında 02 noyabr 2017- ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Sonra öz işini davam etdirən tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev tədbir iştirakçılarına YAP-ın 25 illik fəaliyyəti, keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verdi.O bildirdi ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı.
Tədbirdə YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov geniş məruzə ilə çıxış edərək bildirdi ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir.
Sonra YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova qeyd etdi ki, ötən 25 il müddətində partiyamız 700 mindən çox insanı öz ətrafında birləşdirə bilib və bu, xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin göstəricisidir. K.Xəlilova həmçinin qeyd edib ki, YAP-ın üzvləri arasında qadınlar böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də Azərbaycanın sağlam, intellektual gənc qadınlarından ibarətdir.
Daha sonra YAP fəallarından - Rəşad Qarayev- Samux rayon Gənclər və İdman İdarəsinin rəisi, Xəyalə Məmmədova- Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəlliməsi və Nizami Məmmədov- Veteran YAP-çı -məruzə ətrafında çıxış etdilər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibətilə bir qrup partiya fəalına Fəxri Fərman, bir neçə gənc pariya üzvünə isə üzvlük vəsiqəsi təqdim olundu

Keçidlər