Şriftin ölçüsü :

Saytın rəngi :

"Təhsildə keyfiyyət ili" çərçivəsində məktəblərdə maarifləndirici görüşlərin keçirilməsinə başlanılıb

17 oktyabr 2017 | 16:00

Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Samux Rayon Təhsil Şöbəsinin fəaliyyət planı əsasında, rayon ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ilinin “Təhsildə Keyfiyyət ili” elan edilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına başlanılıb.
Ümumi təhsil məktəblərində maarifləndirmə işlərinin aparılmasına ilk olaraq şəhər 1 nömrəli məktəb-liseydən başlanılıb. Belə ki, oktyabr ayının 17-də Samux RTŞ-nin müdir müavini Faiq Həsənov, aparıcı məsləhətçilər Tacəddin Əhmədov , Vüsal Cəfərov və RTŞ-nin metodistlərinin iştirakı ilə şəhər 1 nömrəli məktəb-liseyin müəllim kollektivinin iştirakı ilə “Təhsildə Keyfiyyət ili” elan edilməsi ilə bağlı maarifləndirici söhbət aparılıb.
Keçirilmiş görüş zamanı son 3 ildə buraxılış imtahanlarının nəticələrinə görə qeyri-müvafiq nəticə göstərən şagirdlərin uyğunsuzluqlarının səbəbləri, müvəffəq qiymət alanların ümumi sayından keyfiyyətli nəticə göstərən yüksək bal toplayan “5” və “4” “5” alan şagirdlərin faiz hesabı, məzunların ali məktəblərə qəbulunun son 5 il üzrə nəticələrinə görə həmin müddət ərzində məzunlardan qəbul üçün sənəd verməyən, sənəd verdiyi halda qəbul ola bilməyən məzunların sayının dəqiqləşdirilməsi və mövcud vəziyyətin səbəbləri araşdırılıb və təkliflər müəyyənləşdirilib.
Həmçinin, cari tədris ilində ötən illərə nisbətdə daha uğurlu nəticə əldə etmək üçün qarşıda duran məqsəd və vəzifələr haqqında geniş söhbət aparılıb. Maarifləndirici görüş diskussiya şəklində davam etdirilib.

Keçidlər