Samux rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş Şahmat birinciliyi keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə YAP Samux rayon təşkilatında silsilə tədbirlər keçirilir. 12 oktyabr 2017-ci il tarixində YAP Samux rayon təşkilatının tədbirlər planına uyğun olaraq Samux rayon Uşaq-gənclər İdman Şahmat məktəbində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş Şahmat birinciliyi keçirilmişdir.Turnirdə 80-dən çox şahmatçı iştirak etmişdir.Turnir Swiss Maneger püşkatma proqramı ilə İsveçrə sistemi üzrə A və B qruplarında aparılmışdır.
A qrupu üzrə:
Əsgərov Sənan I yer
Əsgərov Səmral II yer
Məmmədov Elçin III yer
B qrupu üzrə:
Rzayev Rza I yer
İbadlı Sahil II yer
Yusifov Sədat III yeri tutmuşlar.
Turnirin qalibləri diplom və medallarla mükafatlandırılıb.