Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası 25 illik inkişaf yolunda

13 oktyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə 13 oktyabr 2017-ci il tarixdə YAP Samux rayon təşkilatında Qadınlar Şurasının tədbiri keçirilmişdir
Tədbirdə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova çıxış edərək partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yolda əldə olunan uğurlardan danışmış, Yeni Azərbaycan Partiyasının üzvü olan qadınları bu yubiley münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, YAP aparıcı siyasi partiya kimi fəaliyyət göstərdiyi iyirmi beş il ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəltmişdir. Partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti ölkəmizin bugünkü və gələcək uğurlu taleyini müəyyən etmişdir. Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında xilas olmuş və inkişaf yoluna çıxmışdır. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan ümummilli lider Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır.
Tədbirdə YAP rayon təşkilatı Qadınlar Şurasının üzvləri Əminə Cəfərova, Gülsəba Abbasova , Mahirə Məmmədova, Ağca Atai, Şəhla Abdullayeva və Ruhanə Həsənova çıxış edərək partiyanın yaranma zərurətindən, qarşıda duran vəzifələrdən danışmışlar. Qeyd edilmişdir ki, xalqımızın dahi oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilmişdir. 1995-ci ilin may ayında təsis olunan YAP Samux rayon təşkilatının sıralarında ilk əvvəl 550 nəfər partiya üzvü vardısa, hazırda rayonda 82 ərazi ilk partiya təşkilatında 5380 siyasi həmfikir birləşir. Onlardan3094 nəfərini qadınlar,1840 nəfərini isə 35 yaşadək gənclər təşkil edir. Cari ilin 9 ayında hakim partiyanın rayon təşkilatına 100 nəfər qəbul olunmuşdur.

Keçidlər