Samux rayon İcra Hakimiyyəti başçısının Alabaşlı qəsəbəsində səyyari görüşü keçirilmişdir
26 iyun 2013 | 15:00
25 iyun 2013-ci il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Alabaşlı qəsəbəsində qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə qəsəbə sakinləri tərəfindən 6 təklif və rəy irəli sürüldü ki, bunlardan da 2 təklif yerindəcə həll edildi. Digər rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanlara yerindəcə müvafiq tapşırıqlar verildi.