Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici seminar həyata keçirilib

11 oktyabr 2017 | 16:00

Samux rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon məktəblərində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda təşkil edilən tədbirlər silsiləsi davam edir. Növbəti maarifləndirici tədbir şəhər 2 nömrəli tam orta məktəbdə məktəbin X, XI sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.
Tədbirdə ilk olaraq çıxış edən məktəbin direktoru Əminə Cəfərova, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün məktəbdə görülən işlərdən və tədbirlərdən söz açıb.
Daha sonra  Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru İlqar Verdiyev və Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Kazım Bayramov narkomaniya və onun fəsadları, həmçinin dini radikalizm barədə geniş məlumat verib.
Keçirilmiş maarifləndirici seminarın sonunda məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Keçidlər