Samux rayonunda “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tədbir həyata keçirilib
Oktyabr ayının 5-də Samux Rayon Təhsil Şöbəsinin təşkilatıçılığı və Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir həyata keçirilib.
Keçirilmiş tədbirdə rayon ümumi təhsil məktəblərində çalışan müəllimlrə, məktəb direktorları, başqa idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.
Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri açıq elan edən rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev müəllimləri təbrik edib və xoş arzularını dilə gətirib, daha sonra çıxış edən Samux RTŞ-nin müdiri Gülağa Hüseynov öz növbəsində rayon ümumi təhsil məktəblərində çalışan müəllimləri və ümumiyyətlə təhsil işçilərini Müəllimlər Günü münasibəti ilə təbrik edib, rayon təhsilində son illərdə əldə olunmuş uğurlar haqqında söhbət açıb.
Daha sonra 3 oktyabr 2017-ci il tarixində ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Kəsəmən kənd ümumi orta məktəbin direktoru Tahir Bağırov və başqaları çixiş edərək öz növbəsində təhsil işçilərinə xoş arzularını dilə gətiriblər.
Tədbirin gedişatında 2016-2017-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin Diaqnostik Qiymətləndirmə imtahanı nəticəsində rayon üzrə 50 baldan yüksək nəticə əldə etmiş müəllimlər və qabaqcıl müəllimlər Rayon Təhsil Şöbəsi və rayon İcra Hakimiyyəti tərəfindən tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Sonda tədbirin bədii hissəsində müxtəlif müsiqi nömrələri səsləndirilib.