Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon Təşkilatında “Qocaman partiya üzvləri ilə gənclərin görüşü ”- adlı dəyirmi masa keçirildi.

04 oktyabr 2017 | 16:00

Bu gün YAP Samux rayon Təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə “Qocaman partiya üzvləri ilə gənclərin görüşü ”- adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatıın sədri Gündüz Bayramov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə Samux rayonunda tədbirlər planına uyğun olaraq silsilə təbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan Respublikasının yaranmasında və formlaşmasında keçdiyi 25 illik uğurlu yol həqiqətlər və faktlarla göstərilən şanlı bir tarixdir. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə qurub yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə ən böyük inkişaf mərhələsini yaşayır. Ölkəmizin həyatında bu 25 ildə baş verən bütün hadisələrdə Yeni Azərbaycan Partiyasının özünəməxsus imzası, xüsusi mövqeyi vardır.
Tədbirdə çıxış edən YAP Samux rayon Təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova çıxış edərək qeyd etdi ki, YAP hər bir kəs üçün uğurlu partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının həyatında mühüm rol oynayıb. YAP-ın yaranması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi, Azərbaycana rəhbərlik etməsi YAP-ın fəaliyyəti ilə əlaqədardır. Bu gün də Yeni Azərbaycan Partiyası öz şərəfli tarixi missiyasını yerinə yetirir. Bu təşkilat Azərbaycanın qüdrətinin artırılmasında yaxından iştirak edir. YAP Azərbaycan tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış ictimai nüfuza sahib olub. Partiyamızın üzvlərinin sayı 700 minə çatmaq üzrədir. Azərbaycan tarixində, hətta birpartiyalı sistem olduğu dövrdə də bu qədər üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb.
Sonra YAP-ın fəal və qocaman üzvlərindən Nizami Məmmədov, Həmzə Həmzəyev, Zakir Rzayev, Şəmistan Yusifov,Gülağa Hüseynov, İlham Həsənov və Rahil Həsənov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək,onun həyatının gənclər üçün örnək olduğunu vurğuladılar. Natiqlər Azərbaycan gəncliyinin böyük qüvvəyə malik olduğunu, müasir gəncliyimizin milli ruhun ən böyük daşıyıcısı olduğunu və heç bir halda neqativ hallara, yalnış istiqamətlərə yönəlmiyəcəlkərinə əminliklərini ifadə etdilər.
Bu gün bir çox internet məkanlarında, sosial şəbəkələrdə müəyyən qrupların toruna düşmüş gənclərin doğru yola gəlməsi üçün YAP ətrafında cəmləşmiş gənclər olaraq, onların üzərinə mühüm vəzifələr düşdüyünü, gələcəyin məhz onların əlində olduğunu diqqətə çatdırdılar.

Keçidlər