Samux rayonunda elektrik enerjisi sahəsində problem yaşamayacaq
03 oktyabr 2017 | 16:00
Samux rayon ərazisində 110/35/10 kv-lıq Yenikənd yarımstansiyası tamamilə yenidən qurularaq istifadəyə verilib.
Samux elektrik şəbəkəsinin rəisi Razim Qasımov bildirib ki,Samux rayon Qarayeri qəsəbəsində isə 2 500 abonentə xidmət göstərən 35/10 kv-lıq yarımstansiyası qurulub və müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Rayon mərkəzində 56km kabel xətti cəkilib. Ümümilikdə rayon ərazisində 119 kilometr naqil cəkilərək yenilənib,48 ədət transformator yenisilə əvəz edilib.