Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sərkar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

25 sentyabr 2017 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Sərkar  kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sərkar     kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Təhmasib Əliyev kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Hümbətov Hamlet Məcid oğlu 1 ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
2. Məmmədov Rövşən Alıbaba oğlu Şəmkir-Samux-Goranboy  kanalına suyun daim gəlməsini xahiş etdi.
3. Əliyev Xaliq Əliqara oğlu kənd ərzisində mərkəzləşmiş kanalizasiya xəttinin çəkilməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər