Şriftin ölçüsü :

Saytın rəngi :

XXI əsrin ilk Milli qəhrəmanı Elton Xallədin oğlu İsgəndərovun xatirəsinə həsr edilən Cüdo idman növü üzrə açıq rayon birinciliyi

19 iyun 2013 | 15:00

 

   18 iyun  2013-cü il tarixdə Samux şəhər 2 saylı tam orta məktəbin idman zalında Cüdo idman növü üzrə XXI əsrin ilk Milli Qəhrəmanı Elton Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr edilmiş  açıq rayon birinciliyi keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin zabitləri çıxışlarında Milli Qəhrəmanımızın  qəhrəmanlıqları haqqında danışaraq onun çox güclü  sərhədçi olduğunu bildirdilər.
Samux rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı  ilə reallaşan birincilikdə 2001-2002-ci il təvəllüdlü yeniyetmə cüdoçular mübarizə aparıblar. Yarışda yerli idmançılar ilə yanaşı, Gəncə, Bərdə, Ağcabədi, Ağdam və Tovuz idmançıları da  tatami üzərinə çıxıblar. Gəncədən Təhsil Respublika İdman Mərkəzi, 1 saylı Uşaq Gənclər İdman Məktəbi, Spartak İdman Cəmiyyətinin tatami ustaları çıxış ediblər. Ümumilikdə 13 çəki dərəcəsində 100-ə yaxın cüdoçu mukafatlar uğrunda yarışıb.
  Yarışın  yekunlarına əsasən 21 kq çəki dərəcəsində Rza Məmmədov (Gəncə TIM), 24 kq-da Əlibaba Cabbarov (Bərdə), 27 kq-da  Bahadır Əliyev, 30 kq-da Huseyin Əsədov (hər ikisi Gəncə TIM), 34 kq-da Mirşahin Məmmədov (Agcəbədi), 38 kq-da Hüseyn Bayramov (Samux), 42 kq çəkidə Ayxan Tanrıverdiyev (Gəncə UGIM 1), 46 kq-da Araz Quliyev (Samux), 50 kq-da Mehdi Quliyev (Gəncə UGIM 1), 55 kq-da Zili Əliyev (Ağdam) və 55+ kq-da Sənan Quliyev (Samux) birinciliyin qalibi olublar.
Turnirin sonunda mükafatçılar sırasına düşən cudoçulara Samux rayon İcra Hakimiyyətinin  Başçısı cənab  A.Qocayev tərəfindən fəxri fərman və medallar təqdim olunub.

Keçidlər