Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Kəmaləddin Heydərov vətəndaşları qəbul edib

29 sentyabr 2017 | 16:00

Samux rayonunda Fövqəladə hallar naziri Kəmaləddin Heydərov  Gəncə şəhəri, Samux, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbulunu keçirib.

APA-nın qərb bürosunun məlumatına görə, qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələ ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq qurumlarının rəhbərliyi tərəfindən qəbul edilib.

Keçidlər