Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə hazırlıqla əlaqədar partiyanın Samux rayon təşkilatında idarə heyətinin yığıncağı keçirildi.

19 sentyabr 2017 | 16:00

19 sentyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə hazırlıqla əlaqədar partiyanın Samux rayon təşkilatında idarə heyətinin yığıncağı keçirildi. YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Partiyanın 25 illiyinə hazırlıqla əlaqədar təşkilatın hazırladığı tədbirlər planını yığıncaq iştirakçılarının nəzərinə çatdırdı. Yığıncaqda çıxış edən partiya sədri Gündüz Bayram bildirdi ki, YAP Ümummilli lider Heydər Əliyevin ideyalarını reallığı çevirən bir siyasi təşkilatdır. YAP bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi, dünyanın nüfuzlu partiyalarından birinə çevrilmişdir. 700 yüz mindən çox üzvü olan partiyamız ötən 25 ildə çətin və şərəfli yol keçmişdir. Rayon təşkilatının əsas vəzifələrindən biri yerlərdə ideoloji təbliğat aparmaq, insanlarla daim ünsiyyətdə olmaq, həmçinin partiya sədri, cənab Prezident İiham Əliyevin siyasətinə dəstək vermək və seçkilərdə YAP-ın qələbəsini təmin etməkdir.Bu məqsədlə ərazi ilk partiya təşkilatlarında keçiriləcək yığıncaqların qrafiki tədbir iştirakçılarının nəzərinə çatdırıldı.Yığıncaqda yubiley tədbirinə həsr edilmiş tədbirlər planı və ideoloji təbliğat yığıncaqlarının qrafikləri təsdiq edildi.
Tədbirdə çıxış edən idarə heyətinin üzvləri Yeni Azərbaycan Partiyasının 25 illik yubileyinə hazırlıqla əlaqədar nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün yaxından iştirak edərək dəstək olacaqlarını bildirdilər.

Keçidlər