Samux rayonunda “Bilik Günü” qeyd olundu
15 sentyabr-Bilik Günü münasibəti ilə Samux rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir. Bununla əlaqədar olaraq rayon İcra hakimiyyəti tərəfindən müvafiq qrafik təsdiq olunmuşdur. Qrafikə uyğun olaraq tədbirlərdə iştirak edən məsul şəxslər yeni tədris ilinin başlanması və bilik günü münasibəti ilə müəllim və şagirdləri təbrik etmiş, bölgələrdə təhsilə göstərilən yüksək dövlət qayğısından və bu sahədə həyata keçirilən islahatlardan danışmışdırlar.
Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev də Samux şəhər 2 saylı tam orta məktəbdə “Bilik Günü”-nü qeyd etmək üçün tədbirdə iştirak etmiş və yeni təhsil ilində məktəblilərə və müəllimlərə uğurlar arzulamışdır. Eyni zamanda cənab Alı Qocayev çıxışında məktəbin uğur və nailiyyəylərini də alqışlamışdır. Məktəbdə tədrisin və təhsilin keyfiyyətinin yüksəlməsində əməyi olan müəllimləri,”İlin Müəllimi”,”Fəxri Müəllim”,şagirdləri isə “Qızıl Şagird” və “Gümüş Şagird” mükafatları ilə təltif edərək təbrik etmişdir.
Daha sonra tədbir “Bilik Günü”-nə həsr edilmiş bədii-musiqili proqramla davam etdirilmişdir.