Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

12 sentyabr 2017 | 16:00

Sentyabr ayının 12-də Samux rayon icra hakimiyyətinin iclas zalında Samux rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Keçirilmiş konfransda Təhsil Nazirliyini təmsil edən Humeyir Əhmədov, Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və aparatın əməkdaşları və təhsil işçiləri iştirak edib.
Konfrans iştirakçıları ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ulu öndərin xairəsini ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsindən sonra Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək konfransı açıq elan edib və gündəlikdə duran məslələr haqqında qısa məlumat verib.
Çıxışı zamanı Gülağa Hüseynov 2016-2017-ci tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran məsələlər haqqında nitq söyləyib. Bildirib ki, Samux rayonu üzrə 23 tam orta məktəb, 11 ümumi orta məktəb və 1 ibtidai məktəb olmaqla 35 ümumi təhsil müəssəsi, həmçinin 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. 2016–2107–ci tədris ilində ilk dəfə olaraq 5 yaşlıların məktəbəhazırlıq qrupları təşkil olunub, 25 məktəbdə 27 qrup olmaqla 514 uşaq məktəbəhazırlığa cəlb edilib. Cari 2017–2018–ci tədris ilində isə 34 məktəbəhazırlıq qrupun təşkili üzrə 593 nəfər şagirdin iştirakı  planlaşdırılır. Həmçinin qeyd edib ki, rayon ümumi təhsil müəssisələri üzrə Təhsil Nazirliyi tərəfindən keçirilmiş Diaqnostik Qiymətləndirmə imtahanında iştirak edən 992 müəllimdən 990 nəfəri keçid balından yuxarı nəticə əldə edib. Rayon üzrə ən yüksək nəticəni Seyidlər kənd tam orta məktəbinin biologiya müəllimi Nuranə Məhərrəmova 58 balla əldə edib.
Həmçinin çıxış zamanı Samux rайон ümumi təhsil müəssisələrində  6 “Tərəqqi medalı”, 6 “Əməkdar müəllim”, 5 “ Qabaqcıl təhsil işçisi “ və 1 ilin müəllimi müsabiqəsinin qalibi fəxri ad daşıyan müəllim çalışır. 4 oktyabr 2016–cı il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə İnstitut qəsəbə tam orta məktəbin müəllimi Şəhla Məmmədhəsənova “Tərəqqi medalına “layiq görülüb.
Yekun söz Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə verilib. Cənab başçı çıxışı zamanı qeyd edilmiş uğurlar və nailiyyətlərlə bağlı təhsil işçilərini təbrik etmiş və uğurlarının davamlı olmasını arzulayıb. Həmçinin 2016-2017-ci tədris ili yekununda keçirilmiş qəbul imtahanı zamanı rayon üzrə bütün tam orta məktəblər üzrə tələbə adını qazanmış məzunların olmasını xüsusi qeyd edib. Daha sonra isə 2016-2017-ci tədris ilinin yekununda Samux rayon ümumi təhsil müəssisələri üzrə yüksək bal toplayaraq ali təhsil müəssisələrində oxumaq şansı qazanmış məzunlar İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb. Sonda qərar layihəsi oxunub.

 

Keçidlər