Samux rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir.
07 sentyabr 2017 | 16:00
06.09.2017-ci il tarixdə, saat 16:30 radələrində Samux rayon Institut qəsəbəsi ərazisində Gəncə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, Samux rayonu Institut qəsəbə sakini 1958-ci il təvəllüdlü İlqar Zeynal oğlu Zeynalova məxsus Hunday markalı, 51-BE-382 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itirilməsi nəticəsində qəzaya uğramışdır.
Hadisə nəticəsində sürücü və , Samux rayonu Institut qəsəbə sakinimiz 1958-ci il təvəllüdlü Məmmədov Mahir Cavad oğlu hadisə yerindəcə ölmüşlər.
Faktla bağlı Samux Polis şöbəsində araşdırma aparılır.