Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 29-da Samux rayonunda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinlərini, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünləri qəbul edəcək.
Qəbul Samux rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur. Əlaqə telefonları: (055) 851-89-87, (022) 25 6-91-14, e-mail:chairman@scwra.gov.az, info@scwra.gov.az