Samux Rayon İcra Hakimiyyətində müşavirə keçirildi.
22 avqust 2017-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin sədrliyi ilə yaz-yay mövsümündə görülən işlərin və həyata keçirilən qabaqlayıcı tədbirlərin məsuliyyət və vacibliyi nəzərə alınaraq əhalinin sağlamlığı, sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti aparatının kollektivi, rayon ziyalıları,kənd və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Giriş nitqi ilə RİH-nin başçısı Alı Qocayev müşavirəni açaraq cənab Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədilə qeyri-neft sektorunun durmadan inkişaf etdirilməsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini diqqətə çatdırıb. İcra başçısı bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosial yönümlü layihələrin icra olunduğunu bildirib.
Samux şəhər 2 sayl tam orta məktəbin müəlliməsi Aidə Namazova çıxış edərək Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını dedi. Buna görə də respublikada sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır və insanlar pulsuz müayinədən keçmiş, sosial infrastruktur obyektlərinin tikintisi aparılmış, 26 tibb müəssisəsi inşa edilmişdir.
Daha sonra çıxış edən rayon ziyalıları cənəb prezident İlham Əliyevin Samux rayonuna olan son səfəri samuxlulara qarşı göstərilən xüsusi diqqət və qayğısı olduğunu qeyd etdilər. Bu səfər bütün rayon əhalisində çox böyük ruh yüksəkliyi yaratdı.
Daha sonra müşavirədə səslənən məsələlər ətrafında müzakirələr aparılmış və təkliflər irəli sürülmüşdür.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev müşavirəyə yekun vuraraq aidiyyəti qurumlara və şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verdi.