Samux rayonunda 01 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi təşkil edilmişdir.
01 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Samux rayon İcra Hakimiyyəti tərəfindən “Şəhzadə ” şadlıq sarayında bayram şənliyi keçirilmişdir. Tədbirə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaqlar dəvət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək bildirdi ki, 01 iyun 1950-ci ildən dünyada uşaqların Beynəlxalq müdafiə günü kimi qeyd olunur. Bu təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara rayon İcra Hakimiyyəti başçısı tərəfindən hədiyyələr təqdim edildi.
Bayram şənliyində rayon uşaq bağçalarının hazırladıqları rəqslər və səhnəciklər böyük maraqla izlənildi.
Tədbirdə həmçinin rayon Mədəniyyət evinin kollektivi geniş konsert proqramı ilə çıxış etmişdir.