Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qaraarx qəsəbəsində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qaraarx qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qaraarx qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Razim Aslan oğlu çıxış edərək evinin qarşısındakı qəzalı vəziyyətdə olan işıq dirəyinin dəyişdirilməsini xahiş etdi .
2. İsmayılov Saxrəddin Balaqardaş oğlu öz çıxışında 1 ədəd subartezian quyusunun vurulmasını xahiş etdi .
3. Mehdiyev Fazil Qərib oğlu kənddə qaz təzyiqinin gecələr azaldığı üçün köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi