Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Tatlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
01.08.2017-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Tatlı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Mehdiyev Zirəddin Qənbər oğlu transformatora daxil olan elektrik naqillərinə bilərəkdən zərər gətirmiş şəxsin cəzalandırılmasını xahiş etdi.
2. Əliyev Fəxrəddin Allahverən oğlu bir ədəd subartezian quyusunun vurulmasını xahiş etdi.
3. Kərimov Namaz Xanlar oğlu şəhid bulağının bərpası ilə əlaqədar köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.