Samux Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesbat yığıncağı keçirilmişdir.
İlk altı ayın nəticələri bir daha sübut etdi ki, keçən ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin ölkəmizin iqtisadiyyatında dönüş ili olacağına dair veridiyi bəyanatlar öz təsdiqini tapdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hesabat dövründə qarşıda duran bütün vəzifələrin uğurla icra olunduğunu, Azərbaycanın daha da gücləndiyini və beynəlxalq əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırdı. Ölkə başçısı qeyd etmişdir ki, həm bölgəmizdə, həm də dünyada narahatedici məqamlar kifayət qədər çox olsa da, Azərbaycan uğurla inkişaf edir, ölkəmizdə sabitlik möhkəmlənir. Bunun əsas səbəbi isə xalq-iqtidar birliyidir.
Ölkə iqtisadiyyatının əsəs göstəricilərinin dinamikası da bunu deməyə əsas verir. 2017-ci ilin birinci yarısının yekunlarına görə:
- Qeyri-neft sektoru 1,7 faiz artmışdır;
- Qeyri-neft sənayesi 4,4 faiz artmışdır;
- Kənd təsərrüfatında 2,2 faiz artım olmuşdur,
- 101 mini daimi olmaqla 122 min yeni iş yeri açılmışdır.
- Ölkəmizin valyuta ehtiyatları 40,6 milyard dollar təşkil edir.
2017-ci ilin birinci yarısının yekunları ilə bağlı görülmüş işlərin təhlili və proqnozları göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası cari ildə də davam etmişdir. Eyni zamanda rayonda tikinti-quruculuq və abadlıq işləri sahəsində işlər uğurla aparılmışdır.
Bu rayonun əsas statistik göstəricilərində də öz əksini tapmışdır. Belə ki,
- ümumi məhsul buraxılışının həcmi 14,3 faiz;
- sənaye 17,1 faiz;
- kənd təsərrüfatı məhsullarının həcmi 12,0 faiz;
- pərakəndə əmtəə dövriyyəsi 15,5 faiz;
- Tikinti 67,9 faiz;
- Əsas kapitala yönəldilmiş investisiya 59,7 faiz artmışdır.
İlk növbədə qeyd etməliyəm ki, ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması, ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmiş və 798-zi daimi olmaqla 7271 yeni iş yeri yaradılmışdır.
Tikinti-quruculuq işləri davam etdirilmişdir. 9 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri başa çatmaq üzrədir.
Samux rayonunun Samux – Füzuli - Lək – Əlibayramlı – Qarabağlar - Çobanabdallı-Samux avtomobil yolunun tikintisi uğurla başa çatmış, Gəncə çayı üzərində körpü inşa edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda ümumi sahəsi 61,3 hektardan çox olan 200-ə yaxın istixana fəaliyyət göstərir. Bu istixanalarda 5000 tondan cox faraş tərəvəz - pamidor, xiyar yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
Qeyd etməliyəm ki, görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:
- Qarşımızda duran ən vacib məsələlərdən birincisi ölkə başçısı tərəfindən ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıya layiqincə cavab vermək, bu imkandan maksimum yararlanaraq rayon iqtsadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsidir.
Bu istiqamətdə artıq ilkin naliyyətimiz var, bu il sahələrdən11385 ton buğda yığılmışdır ki, yığımın davam etməsinə baxmayaraq, ötən ildəkinə nisbətən 7 faiz artım əldə olunmuşdur. Bu il ötən ildəkinə nisbətən 2 dəfə çox şəkər çuğunduru, 2 dəfə çox günəbaxan əkilmişdir.
Şəmkir-Maşın kanalına daimi suyun verilməsi də bu sahədə işlərimizə müsbət təsir edən amildir.