Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi
13.07.2017-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 13 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan 1 nəfəri ailə münaqişəsi ilə, 3 nəfər torpaq ilə, 1 nəfər telefon ilə əlaqəli, 1 nəfər işlə təmin olunması ilə və 7 nəfər isə suvarma ilə əlaqəli müraciətlər etmişdirlər
Dinlənilmiş müraciətlərin və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.