Hacıalılı kənd sakinləri ilə Səyyari görüş keçirilmişdir.
22 may 2013 | 15:00
21 may 2013-cü il tarixində Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Hacıalılı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən 4 təklif və rəy irəli sürüldü ki, bunlardan da 1 təklif yerindəcə həll edildi. Digər rəy və təkliflərə baxılması üçün cənab başçı tərəfindən aidiyyəti orqanlara yerindəcə müvafiq tapşırıqlar verildi.