Şriftin ölçüsü :

Saytın rəngi :

Samux arıçıları bal süzümünə hazırlaşırlar

03 iyul 2017 | 16:00

Samux rayon  Yuxarı Ağasıbəyli və Aşağı Ağasıbəyli kəndlərinin arıçıları AZƏRTAC-a bildiriblər ki, bu il arı məhsullarında yüksək məhsuldarlıq gözlənilir.
Arıçı Arif Qazıyev deyib ki, ötən illərdə arı ailələrində mövcud olan bir sıra xəstəliklər bu il müşahidə olunmayıb. Çünki arıçılar həmin xəstəliklərin qarşısının alınması üçün daha erkən tədbirlər görüblər.
“Dövlətin kənd təsərrüfatına göstərdiyi diqqət digər bölgələrdə olduğu kimi, Samux rayonunda da bu sahənin inkişafına səbəb olub. Hazırda rayonun bütün əkinəyararlı torpaqlarından istifadə edilir. Bu il ailə-fermer təsərrüfatlarında günəbaxan əkilməsinə üstünlük verilməsi kənd təsərrüfatının digər sahəsi olan arıçılığın da inkişafına səbəb olub”, - deyə Arif Qazıyev qeyd edib.

Keçidlər