Samux rayonunda “26 Iyun-Silahlı Qüvvələr Günü”qeyd edildi.
26 iyun 2017-ci il tarixdə "Silahlı Qüvvələr Günü " münasibəti ilə Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkikatçılığı ilə rayon ərazisində yerləşən N saylı hərbi hissənin əsgər və şəxsi heyyət ilə görüş təşkil olundu. Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev əsgərlərimizi təbrik edərək Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin hədiyyə etdiyi cənab Prezident İlham Əliyevin müəlifi olduğu kitabı hərbi hissənin komandirinə təqdim etdi. Məqsəd igid əsgərlərimizi bu önəmli gün münasibəti ilə təbrik etmək , gənclər arasında vətənpərvərlik hisslərini gücləndirmək və əsgərlərimizlə birlik , həmrəylik nümayiş etdirməkdir. Görüş zamanı əsgərlərimizə futbol topu , badminton , şahmat
, dama , əsgər ləvazimatları və başqa hədiyyələr təqdim olundu. Sonda tədbir musiqi sədaları altında davam etdi.