Yenikənd kəndində səyyari görüş
15 may 2013 | 15:00
14 may 2013-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Yenikənd kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə kənd sakinləri tərəfindən 4 təklif və rəy irəli sürüldü ki, bunlardan da 1 təklif yerindəcə həll edildi. Digər rəy və təkliflərə baxılması üçün cənab başçı tərəfindən aidiyyəti orqanlara yerindəcə müvafiq tapşırıqlar verildi.