Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Robert Sekuta Samux rayonda səfərdə olmuşdur.

20 iyun 2017 | 16:00

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Samux rayonunda səfərdə olmuşdur. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev qonağı qarşılayaraq ona Samux rayonun tarixi, sosial və iqtisadi sahədə görülən işlər haqqında məlumat vermişdir. Səfir Robert Sekuta da öz növbəsində səmimi qəbula görə öz təşəkkürünü bildirdi. USAID tərəfindən maliyyələşdirilə biləcək layıhələr ətrafında geniş fikir mübadiləsi aparıldı.
Daha sonra Samux Rayon Heydər Əliyev Mərkəzində olan qonaq ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoeksponatlara baxaraq xatirə kitabına öz ürək sözlərini yazmışdır. Tarix-diyarşünaslıq muzeyindəki qədim eksponatlar da səfirdə rayonumuz haqqında xoş təəssüratlar yaratdı.
"Agro Dairy" MMC-nin əkin sahəsində olan qonaq bu şirkətin əkin işlərini ən müasir aqrotexniki qaydalarla aparmağını yüksək qiymətləndirdi.

Keçidlər