Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda keçirilən təlim barədə məlumat

13 iyun 2017 | 16:00

Samux rayonunda Avropa İttifaqı  tərəfindən maliyyələşən və BMT İnkişaf Proqramının (UNDP) dəstəyi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən icra olunan Sosial İnkişaf Naminə Alyans:  Azərbaycanda Sosial Siyasətin Keyfiyyəti, Effektivliyi və Şəffaflığının Artırılması layihəsi çərçivəsində rayonun DSMF, Bələdiyyə, sahibkar və KİV nümayədələrinin iştirakı ilə təlim təşkil olunmuşdur. Həyata keçirilən layihənin əsas məqsədi sosial sahədə mövcud qanunvericilik ilə əhalini məlumatlandırmaqdan ibarətdir.
Təlimdə iqtisadçı-ekspert Rövşən Novruzov “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar BMT-nin dayanıqlı ikişaf məqsədləri kontekstində“ mövzusunda təqdimat etmişdir. O, 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən tədbirlər barəsində təlim iştirakçılarını məlumatlandırmışdır. Təlimdə qrup işi təşkil olunmuş və hər işçi qrup verilən tapşırıq əsasında təqdimatlarını etmişdir. Təlim interaktiv formada keçirildi və təlimin mövzusu ilə bağlı iştirakçılar tərəfindən verilən suallar cavablandırıldı.

Keçidlər