Samux Rayon Təhsil Şöbəsində növbəti şura iclası həyata keçirilib
Samux Rayon Təhsil Şöbəsinin iclas zalında növbəti təhsilyanı şura iclası keçirilib. İclasda Samux RTŞ-nin əməkdaşları və rayon ümumi təhsil məktəblərinin direktorları iştirak edib.
Keçirilmiş iclasın gündəliyində olan Samux şəhər 2 nömrəli tam orta məktəbdə və Aşağı Ağasıbəyli kənd ibtidai məktəbdə kurikulum və qiymətləndirmə konsepsiyasının tətbiqi vəziyyəti, Qarayeri qəsəbə 2 nömrəli ümumi orta məktəb və Füzuli kənd ümumi orta məktəblərində normativ-hüquqi sənədlərin icrası vəziyyəti, Burunqovaq və Qiyaslı kənd tam orta məktəblərində riyaziyyat və fizika fənlərinin tədrisinin monitorinqi, şəhər 3 nömrəli tam orta məktəbdə normativ sənədlərin işlənməsi vəziyyətinin monitorinqi və Samux RTŞ-nə daxil olmuş ərizə və şikayətlərin təhlili məsələləri RTŞ-nin müdiri Gülağa Hüseynov, müdir müavini Faiq Həsənov və aparıcı məsləhətçilər tərəfindən müzakirə edilib.
Sonda qeyd edilən məsələlərlə bağlı qərar layihələri oxunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.