Şriftin ölçüsü :

Saytın rəngi :

"05 oktyabr- Müəllimlər günü" münasibətilə 44 Günlük Vətən müharibəsi şəhidi, ixtisasca müəllim olan Məmmədli Həsən Qəhrəman oğlunun məzarı ziyarət edildi.

05 oktyabr 2022 | 16:31

"05 oktyabr-Müəllimlər günü" münasibəti ilə 44 Günlük Vətən müharibəsi şəhidi, ixtisasca müəllim olan  Məmmədli Həsən Qəhrəman oğlunun məzarı ziyarət edildi.

05 oktyabr 2022-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Gəncə-Daşkəsən Regioanal Təhsil İdarəsinin Samux rayonu üzrə Təhsil Sektorunun, şəhidin ailəsinin, yaxınlarının, məktəbin müəllim və şagird heyətinin iştirakı ilə "05 oktyabr- Müəllimlər günü" münasibətilə 44 Günlük Vətən müharibəsi şəhidi, ixtisasca müəllim olan  Məmmədli Həsən Qəhrəman oğlunun məzarı ziyarət edilərək üzrəinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Məktəb şagirdləri şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər söylədilər. Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərdən danışdılar.
Qeyd edək ki,  Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlu 08 iyul 1995-ci il tarixdə Samux rayon Çobanabdallı kəndində​ anadan olmuşdur. Samux rayon Qarabağlar ​ kənd tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin​ müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Ali təhsilli idi. Samux rayon Çobanabdallı kənd tam orta məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində çalışırdı. İxtisasca müəllim olan şəhid Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir.​ 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 28 noyabr​ 2020-ci il tarixdə Samux rayonunun Çobanabdallı kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə​ "Vətən uğrunda",​ "Hərbi xidmətlərə görə",​ "Cəbrayılın​ azad olunmasına görə", "Qubadlının​ azad olunmasına görə" və "Laçının​ azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.

Keçidlər