Samux rayonu Əhmədbəyli kənd sakinlərinin nəzərinə!
06 aprel 2026 | 08:56
Samux rayonu Əhmədbəyli kənd sakinlərinin nəzərinə!
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev vətəndaşların müraciət və təkliflərini yerində dinləmək məqsədilə 7 aprel 2026-cı il tarixində, saat 10:00-da Əhmədbəyli kənd sakinləri ilə səyyar qəbul keçirəcəkdir.
Görüş Əhmədbəyli kənd tam orta məktəbinin binasında təşkil olunacaqdır.
Sakinlərimizi qəbulda fəal iştirak etməyə, onları narahat edən məsələləri, təklif və müraciətlərini birbaşa səsləndirməyə dəvət edirik.






