Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya növbəti seçkilərin keçirilməsi haqqında elan

20 sentyabr 2022 | 17:55

Samux Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya növbəti seçkilərin keçirilməsi haqqında elan

Samux Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya növbəti seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair” Əsasnaməyə uyğun olaraq  Şura üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydiyyatı 21 iş günü olmaqla 03 oktyabr 2022-ci il tarixində başlayır və 31 oktyabr 2022-ci il tarixində başa çatır.

Hər bir vətəndaş cəmiyyəti institutu(qeyri-hökumət təşkilatları,kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları ) ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

 Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

  1. şəxsiyyət vəsiqəsinin surətini;
  2. namizədin tərcümeyi-halını;
  3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini.

Namizədlərin irəli sürülməsi ilə bağlı sənədlər Samux Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya təqdim olunmalıdır.

 

Samux Rayon İcra Hakimiyyəti.

Keçidlər