Hava Xəbərdarlığı
Azərbaycanın rayonlarında
Proses sentyabrın 05-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Hidrometeoroloji Proqnozlar
Bürosunun direktoru G. Məmmədova