Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edib

17 aprel 2024 | 17:14

 

 

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edib.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Samux Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 4 vakant vəzifə təqdim olunub:

 

  1. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şöbə müdirinin müavini (1 yer)

  2. Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri - baş memar (1 yer)

  3. İcra nümayəndəlikləri, Qaraarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)

  4. İcra nümayəndəlikləri, Sərkar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 01 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. Link aşağıda qeyd olunub.

https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=540

 

 



 

Keçidlər