Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Samux rayon Gənclər və İdman idarəsi 1994-cü  ildən fəaliyyət göstərir.İdarə Samux şəhər  Heydər Əliyev pospekti 5 ünvanında  yerləşir .
1992-ci ildən rayonda  Uşaq Gənclər İdman Şahmat məktəbi  fəaliyyət göstərir. Məktəbdə cüdo, stolüstü  tennis, şahmat bölməsi  üzrə 58 qrupda 640 idmançı məşğul olur.
Ağır Atletika İdman Kompleksi 2008-ci ildən rayonda fəaliyyət göstərir. Kompleks trenajor zalı, basketbol meydançası  və müasir avadanlıqlarla təchiz edilmişdir.
Bununla bərabər rayonda sərbəst güləş, kikboksinq, karate şotokan, futbol idman növləri də ictimai əsaslarla  inkişaf etdirilir.
Yeniyetmə və gənclərin  futbol idman növü üzrə  məşğul olmaları üçün  18 futbol meydançası  vardır. Ümumi rayon ərazisində 20 üstü örtülü idman zalı fəaliyyət göstərir.
Müxtəlif idman növləri üzrə  910 yeniyetmə və gənc  idmançı idmanın sirlərinə yiyələnirlər. 2018-2019-cü il ərzində keçirilmiş Azərbaycan Çempionatı və Birinciliklərində rayon idmançıları  bir sıra nailiyyətlər əldə etmişlər. Şahmat idman  növü üzrə Aytac Məmmədova Azərbaycan birinciliyinin gümüş medalçısı, Kikboksinq idman  növü üzrə Elxan Əliyev Azərbaycan çempionu, Sərbəst güləş idman  növü üzrə Cəfərov Cəfər dəfələrlə zona birincisi,   Ağır Atletika idman  növü üzrə  Sənan Quliyev  Azərbaycan çempionatının ikincisi, Karate şotokan idman  növü üzrə Röyal Əliyev Avropa çempionu olmuşdur.

Ünvan Samux şəhəri Heydər Əliyev prospekti 5
Əlaqə: 022-275-14-14

Keçidlər