Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda S.Əliyev adına 2 saylı orta məktəbdə “Əlvida ilk müəllimim”adlı buraxılış gecəsi keçirildi

08 iyun 2017 | 16:00

Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbdə ibtidai təhsilin yekun pilləsi olaraq 4-cü siniflərin “Əlvida ilk müəllimim”adlı buraxılış gecələri təşkil olundu.Tədbirdə şagirdlər 4 il ərzində qazandıqları bilik və bacarıqları mahnı,şeir ,rəqs nümunələri ilə nümayiş etdirdilər.Daim yüksəkliklərdə dayanan,dalğalanan Azərbaycan bayrağına həsr olunmuş şeir  şagirdlərin ifasında səsləndikdən sonra Azərbaycanın qurucusu,memarı, ulu öndər H.Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər babamızın nəvələriyik” adlı kompozisiya ilə tədbir davam etdirildi.
Təhsil aldıqları 4 il ərzində, davranışı,bacarığı,qabiliyyəti,xüsusi istedadı ilə fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən “Tərifnamə”və “Diplom”larla təltif olundu.

Keçidlər