Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində "Hamımız Bərabərik!" adlı əlilliyi olan gənclərin cəmiyyətə adaptasiya edilməsinə dair maarifləndirici seminar keçirilib .

31 may 2017 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində "Hamımız Bərabərik!" adlı əlilliyi olan gənclərin cəmiyyətə adaptasiya edilməsinə dair maarifləndirici seminar keçirilib . Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Əliyev, rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Qarabağ müharibəsi əlilləri vvə eteranları şəhid ailələri ictimai birliyinin rəhbər və nümayəndələri, valideynlər və gənclər iştirak edib.
Mərkəzin direktoru Aygün Həsənzadə çıxış edərək məlumat verdi ki, tədbirin keçirilməsində əsas məqsəd Samux rayonunun kənd və qəsbələrində yaşayan əlilliyi olan gəncləri bir araya gətirməklə onlar arasında ünsiyyətin yaradılması, onların cəmiyyətə inteqrasiya problemlərinin həll olunmasında onlara yardımçı olmaqdır.
Tədbirdə bir çox uğurları ilə çoxlarına nümunə ola biləcək əlilliyi olan Samuxlu gənc, dünyada ilk dəfə keçirilən uşaq paralimpiya oyunlarının qalibi, fəxri üzvü, "Uğurlarımız" adlı təşəbbüs qrupunun rəhbəri Sənan Ələsgərov da iştirak edərək, öz uğur hekəyələrindən danışaraq, əlilliyi olan gənclərə bir stimul oldu.
Tədbirdə əlilliyi olan gənclərimizin cəmiyyətə adaptasiyası, xüsusi istedada malik olanların aşkar edilməsi, onlarda həyat sevgisinin daha da artırılmasının vacibliyi də vurğulanıb.

Keçidlər