Şriftin ölçüsü :

Saytın rəngi :

Samux şəhər 2 nömrəli tam orta məktəbdə “Hər yeni bir zəka yeni dünyadır” adlı tədbir keçirilib

23 may 2017 | 16:00

Samux şəhər 2 nömrəli tam orta məktəbdə “Hər yeni bir zəka yeni dünyadır” adlı tədbir keçirilib.
Tədbiri I sinif şagirdləri “Azərbaycan” mahnısının sədaları altında açıq elan ediblər. Məktəbin direktoru çıxış edərək, şagirdlərə təhsil almağın onların gələcək həyatlarında ən önəmli ünsürlərdən biri olmasından danışıb, dərslərinə gələcəkdə daha məsuliyyətlə yanaşmalarını, Azərbaycan xalqının sağlam gələcəyinin elmli, savadlı insanların əlində olacağı vurğulayıb və uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində şagirdlərin hazırladıqları Vətənə, Ulu öndər Heydər Əliyevə həsr olunmuş şer və mahnılar söyləyiblər, nağıllar aləminə səyahət “Tıq-tıq xanım” səhnəciyi ilə çıxış ediblər. Daha sonra hərflərə, fənnlərə, rəqəmlərə aid şeirlər və ingilis dilində hazırladıqları fəsillərə aid mahnılar və rəqslərlə davam ediblər.

Keçidlər