Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Karvan” gənclərin inkişafına dəstək İctimai Birliyi tədbir keçiridi.

11 may 2017 | 16:00

Samuxda  “Karvan” gənclərin inkişafına dəstək İctimai Birliyi “Təbiət Tanrının yazdığı bir kitabdır” - gənclər arasında ekoloji aksiya və veloyürüşün keçirilməsi layihəsini icra edir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.
Layihə çərçivəsində Samux rayonunda veloyürüş təşkil olunub. İlk olaraq veloyürüşün əlamətdar günə - 10 may Ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf etməsini qeyd edilmiş və ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilmişdir.
Layihənin işçi qrupu və tərəfdaş qurumlar ayihənin məqsədi haqqında məlumat verdikdən sonra Samux rayon Heydər Əliyev Mərkəzindən veloyürüşə start verilmişdir. Qeyd edək ki, veloyürüşdə Samux rayon icra hakimiyyəti, Samux rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman idarəsi və rayon Yol Polisi tərəfdaş olaraq iştirak etmişdir.

Keçidlər