Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qırmızı Samux qəsəbəsində səyyari görüşü keçirilmişdir.

08 may 2017 | 16:00

08.05.2017-ci il tarixdə Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Qırmızı Samux qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Qırmızı Samux   qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. və qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Quliyev Cəlal Habil oğlu 70 ha əkin sahəsinin suvarılması üçün əlavə su nasosunun quraşdırılmasını xahiş etdi.
2. Əşrəfov Elşad Əliastan oğlu iş  ilə  təmin  olunmasını  xahiş  etdi.
3. Qurbanov Hümbət İbrahim  oğlu isə yonca əkilmiş sahəsinin suvarılmasına köməklik edilməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər