Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə tədbir keçirilib

05 may 2017 | 16:00

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibəti ilə tədbir keçirilib. “Gözəlliyi tərənnüm edən şair” adlı ədəbi-bədii gecədə çıxış edənlər görkəmli söz ustadı Molla Pənah Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə, onun türk dünyasının böyük şairi olduğunu vurğulayıblar. Çıxışlardan sonra şairin həyatını tərənnüm edən videoçarx nümayiş olunub. Həmçinin gecədə  rayon məktəbliləri “Vaqif” pyesindən parçalar göstəriblər. Onların bu çıxışları qonaqlar tərəfindən maraqla qarşılanıb.

Keçidlər