Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ulu Öndər Heydər Əliyevin 94 illiyi ilə bağlı kitab bayramı-kitab sərgisi keçirildi.

05 may 2017 | 16:00

05 may 2017-ci il tarixdə YAP Samux Rayon Təşkilatının və Samux rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada Ulu Öndər Heydər Əliyevin 94 illiyi ilə bağlı kitab bayramı-kitab sərgisi keçirildi.
Sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən və ona həsr edilmiş kitablar nümayiş etdirildi. Tədbirdə YAP Samux Rayon Təşkilatının Aparatı, Samux rayon Mərkəzi Kitabxana Sisteminin rəhbərliyi, qəsəbə-kənd kitabxanaçıları iştirak etdilər.
Tədbir Mərkəzi Kitabxana Sisteminin fəal oxucularının Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şerlərin ifası və körpə fidanların ifasında konsert praqramı ilə davam etdirildi.

Keçidlər