Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Biz tezliklə yenidən Qarabağa qayıdacağıq” başlığı altında dəyirmi masa təşkil olundu

27 fevral 2017 | 16:00

Samux rayonunda “Biz tezliklə yenidən Qarabağa qayıdacağıq” başlığı altında dəyirmi masa təşkil olundu . 27 fevral 2017-ci il tarixdə Samux şəhər ərazisində yerləşən Kəlbəcər rayon 88 saylı tam otra məkəbində Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai Birliyi Samux rayon bölməsinin iştirakı ilə “Biz tezliklə yenidən Qarabağa qayıdacağıq” başlığı altında dəyirmi masa təşkil olundu. İlk öncə Dövlət Himnimizin səslənməsi ilə başlayan tədbirdə Qarabağ müharibəsi zamanı şəhid və həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin rəis müavini Eynur Fərmanlı tədbir iştirakçılarına Qarabağ müharibəsi haqqında geniş məlumat verərək erməni millətçilərinin xalqımıza qarşı milli qırğın siyasəti, milli və irqi zəmində ayrıseçkilik siyasətindən danışdı və şanlı ordumuzun sonuncu aprel döyüşlərindəki uğurlarını xatırladaraq Qarabağa qayıdışın çox yaxın olduğunu qeyd etdi. Daha sonra məktəb direktoru Muxtarova Ofelya erməni ekstremistlərinin Qarabağda törətdiyi cinayətləri dünyada tayı bərabəri olmayan vəhşilik adlandıraraq güclü , qüdrətli ordumuzun hər an işğal altında olan torpaqlarımızı azad etməy əzmində olduğunu söylədi. QMƏVŞAİB Samux rayon bölməsinin sədri Mirzəmməd Orucov və başqa nümayəndələri Qarabağ müharibəsi zamanı xalqımızın göstərdiyi igidlik, qəhrəmanlıq və şücaəttən danışdı. Kəlbəcər rayon 88 saylı tam otra məkəb müəllim və şagirdləri mövzu haqqında öz fikirlərini bildirdilər. Sonda şagirdlər Qarabağ haqqında şeirlər söylədi və bu mövzuya uyğun rəsm sərgisi nümayiş olundu, şagirdlərə Samux Şəhidləri adlı kitablar paylandı.

Keçidlər